AZ

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifadə oluna biləcəyini aşkar ediblər.


Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Medical Systems" jurnalında dərc olunub.


Tədqiqatçılar bildiriblər ki, yaşlı insanların 40 faizi polifarmasiya ilə üzləşib, bu termin xəstənin eyni vaxtda birdən çox dərman istifadəsini təsvir edir. Mütəxəssislər xəstənin sağlamlığına zərər vermədən bir sıra dərmanların dayandırılmasına kömək etmək üçün "ChatGPT"dən istifadə ediblər.
 

Tədqiqatın bir hissəsi olaraq, həkimlər müxtəlif klinik ssenarilərdən istifadə ediblər və qərar vermək üçün çatbota bir sıra suallar ünvanlayıblar. "ChatGPT" dərmanların tərkibini təhlil edib və müalicədə təsirsiz olanları ləğv edib.
 

Müəlliflər qeyd ediblər ki, AI aləti qərar verməkdə ehtiyatlı davranıb və çox vaxt müalicə rejimini dəyişməz saxlayıb. O, həmçinin digər dərman növləri ilə müqayisədə ağrıkəsici dərmanları təsvir etməyi üstün tutub. Mütəxəssislər belə qənaətə gəliblər ki, çatbotlar həkimlərin iş yükünü yüngülləşdirə bilər, lakin süni intellekt təkmilləşdirilməlidir.

 

İnci

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla