AZ

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

Niderland

Bakı, 20 aprel, AZƏRTAC

Niderland Ukraynaya hava hücumundan müdafiə vasitələri və artilleriya mərmilərinin sürətlə çatdırılması üçün yeni təşəbbüslərə əlavə 200 milyon avro ayırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkə tərəfdaşları ilə birlikdə Ukraynaya uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin sürətlə çatdırılması təşəbbüsünü dəstəkləmək üçün 150 milyon avro ayırır. Bundan əlavə, Müdafiə Nazirliyi xüsusilə pilotsuz təyyarələrlə mübarizə üçün istifadə oluna bilən qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına təxminən 60 milyon avro xərcləyəcək.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla