AZ

“Qəbələ” çempiona qarşı, Zirədə Avrokubok “döyüşü”

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun iki oyunukeçiriləcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baştutacaq.

Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq.Məğlubiyyət qəbələlilərin turnir cədvəlində sonuncu olmasınırəsmiləşdirəcək.

Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və“Neftçi” Zirədə üz-üzə gələcək. Bir xal fərqlə qonşu pillələrdəqərarlaşan komandaların duelində qalib tərəf böyük üstünlükqazanacaq.

Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “TuranTovuza” 4:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel
16:30. "Qarabağ" – "Qəbələ"
Baş hakim:
Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. "Zirə" – "Neftçi"
Baş hakim:
İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Seçilən
147
Mənbələr
Şərh ()
Bağla