AZ

“Tesla”nın bütün “Cybertruck”ları xarab çıxdı

ABŞ-nin “Tesla” şirkəti 3878 ədəd “Cybertruck” elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır.

Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir.

Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər.

Bununla belə, NHTSA bildirir ki, pedal ilişib qalsa, pikap maşınının əyləcləri hələ də işləyəcək.

Geri çağırılma 13 noyabr 2023-cü il və 4 aprel 2024-cü il tarixləri arasında istehsal edilmiş bütün 2024 model ilinə məxsus “Cybertrucks”lara aiddir ki, bu da indiyədək satılmış nüsxələrin hamısı deməkdir.

Mənbə: vedemosti.ru

Seçilən
160
2
Mənbələr
Şərh ()
Bağla