AZ

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Koronavirus

Bakı, 20 aprel, AZƏRTAC

Koronavirusun daimi mutasiyası şəraitində uzun müddət dəyişməz qalan bir hissəsini hədəf alan bir neçə moduldan ibarət molekul əldə edilib. Bu, N-zülal sahələrindən biridir.

AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisləri və “REA gen biologiyası” İnstitutu koronavirusun N-zülalını zərərsizləşdirmək üçün ona təsir edən molekul yaradıblar.

"Tədqiqatçılar qrupu SARS-CoV-2 N-zülalının deqradasiyasını təşviq edən modul nanotransporter hazırlayıb. Aparılan təcrübə hazırlanmış quruluşun düzgün işləməsini təsdiqləyib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, N-zülal sahələri virusun özünü çoxaltma mexanizmində əsas rol oynayır. Alimlərin təklif etdiyi həll koronavirusla mübarizədə mühüm irəliləyiş sayılır.

Alimlər hesab edirlər ki, yeni həll yolu əlaqəli koronavirusların - SARS-CoV-2, SARS-CoV və MERS-in müalicəsi üçün dərmanın kəşfinə səbəb ola bilər.

Seçilən
144
5
Mənbələr
Şərh ()
Bağla