AZ

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ekvadorda

Bakı, 20 aprel, AZƏRTAC

Ekvador Prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, fərmana görə, bu tədbir enerji çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını təmin etmək və yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyini nəzərə alaraq hazırda elektrik enerjisindən səmərəli istifadə məqsədi daşıyır.

Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin təxribat, terror hücumları və digər təhlükələrdən mühafizəsi məqsədilə polisin və silahlı qüvvələrinin səfərbər edilməsini nəzərdə tutur.

 

Seçilən
159
6
Mənbələr
Şərh ()
Bağla