AZ

Ukraynanın taleyi bu gün həll oluna bilər - FT

Vaşinqtonda ümidlər artır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini qəbul edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayılan məqalədə bildirilib.

Qeyd edilib ki, bununla da respublikaçıların müqaviməti nəticəsində aylardır davam edən çıxılmaz vəziyyətə son qoyulacaq. Lakin müharibədən yorulmuş Ukraynada əhval-ruhiyyə kəskin şəkildə fərqlidir:

“ABŞ-da qanun layihəsinin qəbulu çox ehtiyac duyulan artilleriya sursatlarının cəbhəyə göndərilməsinə imkan verəcək. Bu da çox güman ki, Ukraynadakı “mərmi aclığını” azaldacaq. Döyüş meydanındakı komandirlər deyirlər ki, Rusiya hazırda hər Ukrayna mərmisinə 10-dan çox mərmi ilə cavab verir. Lakin Kiyev yenə də ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşəcək”.

Seçilən
128
2
Mənbələr
Şərh ()
Bağla