AZ

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

ABŞ

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ dövlət istiqrazlarının gəlirliliyi cümə günü Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi riskləri fonunda azalır.

AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, 10 illik “US Treasuries”in gəlirliliyi hərracda 5,4 baza bəndi azalaraq 4,5 faiz təşkil edib. İki illik sənədlər üçün bu göstərici 4,9 faizədək, 30 illik istiqrazlar üçün isə 4,6 faizə qədər azalıb.

“ING” Bankın analitiki Françesco Pezole qeyd edib ki, maliyyə bazarları İran və İsrail arasındakı gərginliyin bölgədə genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalını qiymətləndirməyə çalışaraq, baş verən hadisələri yaxından izləyəcək.

“Vanguard” Fondunun analitikləri ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5 faizə yüksəlməsinə səbəb ola biləcək təhlükəli səviyyəyə yaxınlaşdığı barədə xəbərdarlıq ediblər.

Seçilən
172
16
Mənbələr
Şərh ()
Bağla