AZ

Jurnalist Rusiya-Ukrayna müharibəsində öldü

Rusiyanın “İzvestiya” qəzetinin hərbi müxbiri Semyon Eremin aprelin 19-da Ukrayna ilə müharibə zonasında həlak olub.

Modern.az xəbər verir ki, hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Rusiya KİV-nin məlumatına görə, Semyon Eremin çəkiliş qrupunun bir hissəsi olaraq 2022-ci ilin martında Rusiya qoşunları Volnovaxa şəhərinə daxil olanda ilk reportaj verənlərdən biri olub.

O, Rusiyanın “Lancet” pilotsuz uçan aparatlarının işini ilk nümayiş etdirən jurnalist olub.
 

Seçilən
112
1
Mənbələr
Şərh ()
Bağla