AZ

Şahmatçılarımızın Avropa çempionatında ikinci sınağı

Bu gün qadın şahmatçılar arasında Avropa çempionatında II turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, Rodos adasında keçirilən yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk turda qələbə qazanan Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Bəydullayeva və Səbinə İbrahimova hesabını zənginləşdirməyə çalışacaq. Digər şahmatçılarımız ilk qalibiyyət üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar
II tur

Aleksandra Lax (Polşa) - Günay Məmmədzadə
Gövhər Beydullayeva – Adela Velikiç (Serbiya)
Mariya Manko (İsveçrə) - Ülviyyə Fətəliyeva
İnes Prado Açebo (İspaniya) - Xanım Balacayeva
Səbina İbrahimova – Juliya Antolak (Polşa)
Gülnar Məmmədova – Ancelika Valkova (Ukrayna)
Marta Dakiç (Serbiya) - Ayan Allahverdiyeva
Diana Tuktamışova (Moldova) - Ləman Hacıyeva
Eleni Nefeli Revelioti (Yunanıstan) - Nərmin Abdinova
Səbina Rzalı – Rengina Tsampika Kaka (Yunanıstan)

Xal durumu: 1-32. Gövhər Bəydullayeva, Səbinə İbrahimova – 1, 33-74. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva - 1, ...75-91. Gülnar Məmmədova – 0,5, ...109-150. Səbina Rzalı – 0, ...151-183. Ləman Hacıyeva, Ayan Allahverdiyeva, Nərmin Abdinova – 0.

İdman.biz

Məqalədə:
Seçilən
79
4
Mənbələr
Şərh ()
Bağla