AZ

Trampın keçirildiyi məhkəmə binasının qarşısında bir nəfər özünü YANDIRIB – VİDEO 

Nyu-Yorkda Trampın məhkəməsinin keçirildiyi binası qarşısında bir nəfər özünü yandırıb.

Bizim.Media Baza teleqram kanalına istinadən xəbər verir ki, özünü yandırma səhnəsi CNN-də canlı yayımlanıb. Kişinin hərəkətinin səbəbləri aydınlaşdırılır.

Qeyd edək ki, bu gün ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il seçki kampaniyasının gedişatına təsir göstərməməsi üçün münasibətdə olduğu porno aktrisa Stormi Danielsə 130 min dollar ödəməsi ilə bağlı dördüncü məhkəmə iclasını keçirir. Trampa qarşı 34 maddə üzrə ittiham irəli sürülüb, onların hər biri 4 ilə qədər həbs cəzası nəzərdə tutur. Andlı iclasçılar onu hər bir ittiham üzrə təqsirli bilsələr, keçmiş prezidenti 136 ilə qədər həbs cəzası gözləyir.
 

Bizim.Media
 
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla