AZ

Xəstə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası tərəfindən hospitalizasiya olunub

17.04.2024-cü il tarixində saat 21:08 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 57 yaşlı şəxsin (cinsi kişi) halının pis olması, ürək nahiyəsində şiddətli ağrı və hava çatışmazlığı səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası göndərilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən xəstə (cinsi kişi) müayinə olunub və ona zəruri tibbi xidmət göstərilib.
 
Elektrokardioqramma (EKQ) nəticəsinə əsasən xəstəyə kəskin miokard infarktı diaqnozu qoyulub.
 
Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstənin vəziyyəti stabilləşdirilib və dərhal hospitalizasiya olunub.
 
Xəstənin ailə üzvləri tərəfindən təcili tibbi yardım briqadasına vaxtında və düzgün aparılan tibbi yardıma görə təşəkkür olunub.
Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla