AZ

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Bakı, 20 aprel, AZƏRTAC

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayının keçirilməsi Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına töhfəsini verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Türk Dövlətləri Kardiologiya Qurultayında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb: “Düşünürəm ki, türklərin öz tarixlərinə olan bağlılığı bundan sonra da davam edəcək”.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla