AZ

I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı əlaqələrə öz töhfəsini verəcək - Nazir

Bakı. Trend:

Ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan TürkDövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində artannüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam vəetimadının nəticəsidir.

Trend xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev ITürk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılışında çıxışızamanı deyib.

“Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I TürkDövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakımünasibətlərin yeni mərhələyə keçdiyinin və Təşkilatın dayanıqlıplatforma kimi artan nüfuzunun göstəricisidir. Qurultay buradatəmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda,digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələrqurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıqimkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.

I Türk Dövlətləri Kardioloji Qurultayının ölkələrimizin tibbicmaları arasındakı əlaqələrin dərinləşməsinə öz əvəzsiztöhfələrini verəcəyinə inanırıq. Qurultayın təşkilinin ənənə halınıalmasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklifedirəm.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahidtibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatlarınaparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi,davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin gələcəkistiqamətləri kimi düşünülə bilər", - deyə nazir əlavə edib.

Məqalədə:
Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla