AZ

Zirədə 2-ci yer uğrunda oyun

Misli Premyer Liqasında 31-ci tur bu gün keçiriləcək ik oyunla davam edəcək.

Çempionluğu 4-cü dövrənin ilk turund rəsmiləşdirən “Qarabağ” sonuncu pillədə qərarlaşan “Qəbələ”ni qəbul edəcək. Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir. 47 xalla 3-cü pillədə qərarlaşan “Neftçi” 46 xalla 4-cü yerdə olan “Zirə”nin qonağı olacaq. İkinci pilləyə yüksəlmək üçün bu oyunda “Zirə”yə qələbə lazımdrısa, “Neftçi”yə heç-heçə də kifayət edir.

16:30. Qarabağ – Qəbələ

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.

Tofiq Bəhramov adına Respublika Stadionu.

19:00. Zirə – Neftçi

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.

Zirə İdman Kompleksinin stadionu.

Turun daha ki oyunu sabah baş tutacaq. Sünən isə açılış matçında “Turan Tovuz” “Sumqayıt”a məğlub olub – 1:4.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla