AZ

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdarartist Yuri Omelçenko vəfat edib.

Trend xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabındaqeyd edilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığıonu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbindəyaşayacaq. Qəbri nurla dolsun!” - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Yuri Omelçenko 1976-cı il martın 7-də Bakıdaanadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversitetini bitirib. Bakı Bələdiyyə Teatrında və AzərbaycanDövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrındaçalşıb. O, teatr səhnəsində “Torqovayada goruşərik”, “Qurdlar vəqoyunlar”, “Alim-botanik Müsyö Jordan və məşhur sehrbaz dərvişMəstəlişahın nağılı”, “Yeddi gözəl” Gözəllər”, “Qürur və qərəz”,“Maskarad”, “Şəhərzadənin daha bir gecəsi”, “Karamazov qardaşları”,“Və bir qadın gəldi...”, “Əli və Nino”, “Evlilik”, “Sənətkarıntaleyi”, “Korol Benya və başqaları”, “Albalı bağı” və s. kimitamaşalarda rol alıb.

Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla