AZ

“Əvəzedicilər liqasının ləğvinin əleyhinəyəm” – Zaur Həşimov

“Əvəzedicilər liqasının ləğvinin əleyhinəyəm. Bu çempionatın keçirilməsinin bir çox faydaları var. Hazırda Premyer Liqada çalışan baş məşqçilər yerli futbolçuların qıtlığından şikayətlənir. Bunun səbəblərindən biri də bir neçə il öncə əvəzedicilər liqasının ləğv edilməsi olmuşdu. Həmin dövrün 1996-97 təvəllüdlü gəncləri karyeralarını bitirmək məcburiyyətində qalmışdı”

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin əvəzedicilər komandasının baş məşqçisi Zaur Həşimov əvəzedicilər liqasının ləğv ediləcəyi iddiaları barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Hazırda I Liqada 17-20 yaşlı oyunçular yoxdur. Çünki komandalar Premyer Liqaya vəsiqə qazanmaq niyyətindədir. Bu səbəbdən də təcrübəli və legioner futbolçulara üstünlük verirlər. Əvəzedicilər liqasının üstünlüklərindən biri də budur ki, normal çempionat keçirilir, gənc futbolçulara oynamaq şansı yaradılır. Onlar əsas komandayla məşqə çıxa bilirlər.

Hətta U-19 millimizdə çıxış edən oyunçular bu liqada forma geyinirlər. Çempionatın ləğvi onların da performansına təsir edəcək. Üstəlik, əvəzedicilər liqasının keçirilməsi maddi cəhətdən də böyük büdcə tələb etmir. 17-20 yaşlı gəncləri futboldan məhrum etmək olmaz. Əksinə onları qorumalıyıq”.

Həsən Quluzadə

 

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla