AZ

Güləşçilərimizə 12 rəqib: Azərbaycana çatan yoxdur!

Güləş üzrə növbəti Olimpiya Təsnifat Turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdəki Asiya təsnifat yarışının ilk günündə sərbəst güləşçilər 12 lisenziyanın sahibini müəyyənləşdiriblər.

Bütün çəkilərdə Paris-2024-ə vəsiqə qazanan Azərbaycan pəhləvanlarının mumlun rəqibləri sırasında 6 ölkənin hərəsindən iki güləşçi əlavə olunub. Qırğızıstan, Monqolustan, Yaponiya, Özbəkistan, İran və Qazaxıstan hərəyə 2 çəkidə olimpiya bileti qazanıb.

Bununla da Türkiyənin İstanbul şəhərində keçiriləcək son sınaq – Dünya Olimpiya Təsnifat Turniri ərəfəsində bütün çəkilərdə lisenziya qazanan Azərbaycana çatan olmayıb. İran vəsiqə sayını 5-ə çatdırmaqla 2-ci yerə yüksəlib.

Vəsiqə sayında Yaponiya 4-ə, Özbəkistanla Qazaxıstan 3-ə yüksəlibsə, Monqolustanla Qırğızıstan ilk iki lisenziyalarını əldə ediblər. Bununla Fransa paytaxtında iştirak edəcəyi dəqiqləşən sərbəst güləşçilərin sayı 78-ə, onların ölkələri isə 30-a çatıb. Bu 30 ölkədən başqa, Fərdi Neytral Atletlər komandası da Olimpiadaya qatılacaq.

1. Azərbaycan – 6
2. İran – 5
3-6. ABŞ - 4
Misir – 4
Puerto-Riko – 4
Yaponiya – 4
7-10. Gürcüstan - 3
Kuba – 3
Özbəkistan -3
Qazaxıstan – 3
11-19. Kanada - 2
Avstraliya - 2
Ermənistan – 2
Qvineya-Bissau – 2
Meksika – 2
Serbiya – 2
Türkiyə - 2
Monqolustan – 2
Qırğızıstan – 2
20-30. Venesuela - 1
Samoa – 1
San-Marino – 1
CAR - 1
Nigeriya - 1
Yunanıstan – 1
Macarıstan - 1
Əlcəzair – 1
Albaniya – 1
Bəhreyn – 1
Dominikan Respublikası – 1
* Fərdi Neytral Atletlər – 10

Qeyd edək ki, Azərbaycanı Paris-2024-də Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) təmsil edəcək.

İdman.biz

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla