AZ

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir - Muxtar Babayev

Bakı. Trend:

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasındahəlledici əhəmiyyət kəsb edir.

Trend xəbərverir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev "Associated Press" agentliyinəmüsahibəsində deyib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP)Tərəflər Konfransının növbəti sessiyası yoxsul ölkələrə yardımınplanlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir", - deyə obildirib.

Nazirin sözlərinə görə, Bakıda zəngin ölkələrin bir qayda olaraqistiləşmədə bir o qədər böyük rol oynamayan, lakin iqlimdəyişikliyindən hamıdan çox əziyyət çəkən daha yoxsul ölkələrə necəmaliyyə yardımı göstərə biləcəyi ilə bağlı ümumi məxrəcə gəlməkmümkün olacaq.

"Bakıda keçirilən konfrans qazıntı yanacağından imtina haqqındaötənilki uğurlu sazişə əsaslanmalıdır. Bu ilin payızındakeçiriləcək görüş isə ölkələrin istixana qazlarının tullantılarınınməhdudlaşdırılması üzrə planların gücləndirilməsi üçün 2025-ci ildəbirləşməsinə kömək göstərəcək. Tərəfləri bir-biri iləyaxınlaşdırmaq üçün istənilən mümkün fəaliyyət və tədbirlərinəzərdən keçirməliyik. Bakını inkişaf etməkdə olan və inkişaf etmişdünya arasında körpü olaraq nəzərdən keçiririk", - deyə M.Babayevəlavə edib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədəqərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla