AZ

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra təhdid olunur.

 

Sfera.az-ın məlumatına görə, portuqaliyalı oyunçu bu barədə "Sport.es"ə açıqlamasında bildirib.

 

O, sosial şəbəkə hesablarında həyat yoldaşının və onun bətnindəki qızının təhqir edildiyini söyləyib: "Dünyaya gələcək qızımın ölümünü arzulayan şərhlər var. Təbii ki, problem yaşayacaqları üçün bunu üzümə deməyəcəklər. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Məni futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar".

 

Qeyd edək ki, Kanselu PSJ ilə matçda cərimə meydançasında rəqib oyunçu Usman Dembeleyə qarşı qaydanı pozub və penaltiyə səbəb olub. Parisdəki ilk qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi turnirlə vidalaşıb.

Seçilən
175
6
Mənbələr
Şərh ()
Bağla