AZ

Premyer Liqada oynamaq üçün SOCAR-ın balansından çıxdılar, müstəqil oldular

I Liqada mübarizə aparan «Qaradağ Lökbatan» Premyer Liqaya liseneziya qazanmaq üçün konkret addım atıb.

22 turdan sonra turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi «Neftçi» İdman Klubunun balansından çıxıb.

Klub müstəqil fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və öz nizamnaməsini təsdiqlədib. Bu da o deməkdir ki, «Qaradağ»ın artıq SOCAR-a heç bir bağlılığı olmayacaq.

Azər Bağırovun çalışdırdığı kollektiv 48 xala malikdir. Bu göstərici ilə ən yaxın rəqibləri olan «İmişli»ni 5 xal qabaqlayırlar.

«Qaradağ Lökbatan» 15 ildən artıqdır aşağı dəstədə çıxış edir. Bu müddətdə 2 dəfə çempion adını qazanıblar, dəfələrlə müxtəlif əyarlı medallara yiyələniblər.

SPORTİNFO.AZ

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla