AZ

“Real”ın rəqibi məlum oldu

Basketbol üzrə Avroliqa turnirində pley-offun sonuncu iştirakçısı da məlum olub. Son vəsiqə uğrunda qarşılaşmada “Baskoniya” ilə “Virtus” qarşılaşıb.

İspaniyada keçirilən oyunda basklar qələbə qazanıblar – 89:77. Görüşün taleyi 3-ü periodda həll edilib. Həmin periodu “Baskoniya 15 xal fərqlə qazanıb.

Meydan sahiblərinin heyətində 28 xal toplayan Markus Hovard ən məhsuldar basketbolçu olub. Bolonya komandasında isə gürcüstanlı Tornike Şengeliya 15 xal toplayıb. Bu qələbə sayəsində “Baskoniya” pley-offda Madrid “Real”ına rəqib olub.

Digər cütlüklər isə belədir: “Panatinaikos” – “Makkabi”, “Monako” – “Fənərbağça”, “Barselona” – “Olimpiakos”.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla