AZ

Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır - ŞƏRH

Bakı. Trend:

Bir güllə də atılmadan, qan tökülmədən əvvəllər Ermənistanınişğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərininAzərbaycanın nəzarətinə qaytarılması təmin edildi. Prezident İlhamƏliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılmasıməsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparıldı. Bugün biz bu prosesin məntiqi sonunu görürük.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqarİskəndərov və siyasi şərhçi ElçinMirzəbəyli Trend-ə açıqlama verib.

V.İskəndərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycan növbəti tarixi uğura imza atdı.

“Necə ki, 2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcərvə Laçın rayonları işğaldan azad edilmişdi, eləcə də, əvvəllərErmənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayankəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edildi”, -deyə deputat bildirib.

Onun sözlərinə görə, bu, eyni zamanda, Prezident İlham Əliyevinqətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin növbətiifadəsidir.

“Bəlli olduğu kimi, Prezident İlham Əliyev 2020-ci ildəsərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı vəbu istiqamətdə daim intensiv iş aparıldı. Bu gün qətiyyət vəəzmkarlıqla aparılan işin, bəhs edilən prosesin məntiqi sonunugörürük. Bununla da istər Ermənistan, istər onun xaricihavadarları, istərsə də ümumilikdə dünya birliyi Prezident İlhamƏliyevin qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzmininnövbəti bariz nümunəsinin şahidi oldu”, - deyə o qeyd edib.

V.İskəndərovun sözlərinə görə, delimitasiya prosesində ilkaddımın məhz Qazax istiqamətindən başlaması da Azərbaycanınisrarının, qətiyyətinin nəticəsidir.

“Bu, həm də Cənubi Qafqazı yeni müharibə ocağına çevirməkistəyən Qərbin bəlli dairələrinin, o cümlədən, Aİ və ABŞ-ninprosesə müdaxilə cəhdinin iflasa uğramasıdır. Onlar prosesəmüdaxilə etməyə çalışsalar da, Azərbaycanın qətiyyəti öz sözünüdedi. Nəticədə də Azərbaycan və Ermənistan ortaq dil tapa bildilərvə bu məsələni özləri həll edə bildilər. Bu, eyni zamanda, birhəqiqəti də növbəti dəfə təsdiq etdi - Qərb imperialistləriAzərbaycan-Ermənistan prosesindən nə qədər uzaq olsalar, CənubiQafqazda bir o qədər tez sülh və firavanlıq hökm sürəcək”, - deyə oəlavə edib.

E.Mirzəbəyli isə bildirib ki, Ermənistanın işğalı altında olanQazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinəqaytarılması uzun illərdən bəri həyata keçirilən, 44 günlükmüharibənin ilk günündən başlayaraq, özünü istər döyüş meydanında,istərsə də diplomatik arenada büruzə verən, Ordumuzun Zəfəri, ərazibütövlüyümüzün, suverenliyimizin təmin olunması ilə nəticələnənardıcıl, sistemli, milli iradəni ifadə edən siyasətin növbətiqələbəsidir.

“Artıq delimitasiya prosesində ilk mühüm addım atılıb,Azərbaycanla Ermənistan arasında Cənubi Qafqaza müdaxilə üçün zəminhazırlamağa çalışan üçüncü qüvvələrin müdaxiləsinə imkan verilmədənnəticəyönümlü razılaşma əldə olunub. Bu isə rəsmi BakınınAzərbaycanla Ermənsitan arasındakı bütün məsələlərin kənarqüvvələrin müdaxiləsinə yol verilmədən həll olunması ilə bağlıprinsipial mövqeyinin üstün gəlməsi, qəbul edilməsi və reallığaçevrilməsidir.

İstər 2023-cü ilin sonlarında Azərbaycanla Ermənistan arasındabirbaşa təmaslar yolu ilə əldə olunan razılaşmalar, istərsə dəQazax rayonunun anklav olmayan kəndlərinin işğalına son qoyulmasıilə başlayan delimitasiya prosesi ölkəmizin Cənubi Qafqazda davamlısülhə nail olunması ilə bağlı baxış bucağının nə qədər doğru vəalternativsiz olduğunu sübuta yetirir.

Məlum olduğu kimi, Azərbaycan delimitasiya prosesinin məhz Qazaxrayonu istiqamətindən, həm də kənar qüvvələrin iştirakı olmadan,yalnız iki ölkənin səlahiyyətli təmsilçilərinin iştirakı iləbaşlanılmasında israr edirdi, amma Avropa İttifaqı, ABŞ və bir sıradigər Qərb dövlətləri bu proses ətrafında gərginlik və süni ajiotajyaratmağa, Azərbaycanın guya müharibəyə hazırlaşdığını,Ermənistanın isə müdafiəyə ehtiyacı olduğunu beynəlxalq gündəmədaşımağa çalışırdılar.

Məqsəd isə bu təhrikçi davranışlarla Ermənistanınsilahlandırılmasına zəmin yaratmaq, bu ölkədəki revanşçı meyilləristimullaşdırmaq, bölgəni uzunmüddətli qarşıdurmalara sürükləməkləQərbi və Mərkəzi Asiyanın bu mühüm geostrateji önəm daşıyanregionu, xüsusilə də həyati əhəmiyyət kəsb edən kommunikasiyalarüzərində nəzarəti ələ almaqdan ibarət idi.

Lakin Azərbaycan özünün obyektiv, bölgə xalqlarının vədövlətlərinin maraqlarını, regionun təhlükəsiz inkişafperspektivini ifadə edən prinsipial mövqeyi ilə bu prosesinqarşısını məharətlə ala bildi. Nəticədə, Azərbaycan və Ermənistanortaq dil tapa, birbaşa təmaslar yolu ilə nəticə əldə edə bildilər.Bu nəticə isə ilk növbədə Azərbaycanın, aparılan bütün totalkampaniyalara baxmayaraq, sülh prosesinin avanqard qüvvəsiolduğunu, regionda davamlı əmin-amanlığı təşviq etdiyini bir dahasübuta yetirdi. Beləliklə, növbəti dəfə bir güllə belə atılmadanədalət bərqərar olundu, delimitasiya prosesinin sürətlə irəliyədoğru aparılması üçün işgüzar və etimadlı mühitin formalaşmasınadoğru ciddi bir addım atıldı.

Qeyd edim ki, bu amil həm də Qərb imperializminin totalinformasiya təxribatları, intensiv siyasi manipulyasiyalarla bugünə qədər həyata keçirməyə cəhd göstərdiyi və təəssüf ki, dünyanınbir sıra bölgələrində nail olduğu “parçala, hökm sür” siyasətininönəmli həlqəsinin qırılması anlamında da qəbul oluna bilər.

Proses sübuta yetirdi ki, imperializmin qanlı iştahınınqarşısının alınmasının yolu region ölkələrinin bölgənin təhlükəsizgələcəyi naminə işbirliyindən keçir. Azərbaycanın, bu günə qədərregion ölkələrinin iştirakı ilə, kənar müdaxilələr olmadangerçəkləşməsinə nail olduğu ikitərəfli, üçtərəfli əməkdaşlıqformatlarının doğurduğu nəticələr də Prezident İlham Əliyevinregional əməkdaşlıq formatları ilə bağlı strategiyasınındoğruluğunu, xalqların təhlükəsiz, firavan gələcəyinə xidmətetdiyini sübuta yetirir.

Bu xüsusda, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiyaolunduqları Azərbaycan ərazilərindən 10 noyabr 2020-ci il üçtərəflibəyanatında yer alan tarixdən xeyli öncə tərk etmələrinə də diqqətçəkməyin zəruri olduğunu düşünürəm. Bu nəticə də, istisnasızolaraq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edənstrateji zəkanın, milli iradəni ifadə edən qətiyyətli xarakterinnövbəti qələbəsi və Azərbaycan xalqına, şərəfli tariximizə,gələcəyimizə hədiyyəsidir”, - deyə o əlavə edib.

Seçilən
111
3
Mənbələr
Şərh ()
Bağla