AZ

Mahmud Qurbanov: “Həmin vəzifələr bizdən asılı deyil” - VİDEO

“Bizim planlarımız olmur. Plan qura bilmərik ki, hardasa işləyək”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan veteran futbolçu, Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov deyib.

Hazırda işsiz olan 50 yaşlı mütəxəssis bildirib ki, karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir: “AFFA-da və ya hansısa klubda mühüm vəzifə tutmaq, baş məşqçi işləmək bizdən asılı məsələ deyil. Futbol başbilənlərimiz var. Biz sadəcə əsgərlərik. Harda ehtiyac olsa, orda da işləyəcəyik”.

Qurbanovun sözlərinə görə çempionatda klubların sayının az olması bəzi mütəxəssislərin işsiz qalmasının əsas səbəblərindəndir: “İşləyən vaxtımızdır. Həyatımızın yarı hissəsi futbola gedib. Başqa sahədə çalışmaq çətin olar. Qaldı ki, xaricdə işləmək, əgər Azərbaycanda klublarda bunu edə bilmirlərsə, xaricdən əlini üzməlisən. Futbolçu kimi də, indi də menecerim olmayıb. Menecer o adama lazımdır ki, o hardasa iz qoyub. Onu hardasa reklam edəcəklər. Bizdə elə bir şey yoxdur. Nəticələr xarici ölkəyə getməyə kifayət etmir”.

Qeyd edək ki, Mahmud Qurbanov “Kəpəz”lə “Neftçi”nin U-19, “ağ-qaralar”ın ikinci komandasının və “Səbail”in baş məşqçisi olub. O, eyni zamanda, Azərbaycan millisində köməkçi məşqçi kimi çalışıb.

Emin Ağa
İdman.biz

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla