AZ

İcra başçısı imtahanda maksimum bal yığan şagirdlə görüşdü - FOTOLAR

Ağstafa RİH başçısı tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum - 300 bal toplayan, Həsənsu kənd tam orta məktəbin şagirdi İsgəndərli Həcər Emil qızı ilə görüşüb

"Unikal" xəbər verir ki, Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə başçının müavinləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Həsənsu kənd tam orta məktəbin direktoru iştirak ediblər. 

Seymur Orucov rayon təhsilində fərqləndiyinə və qazandığı yüksək nəaliyyətlərə görə abituriyenti  Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və müxtəlif hədiyyələrlə təltif edib. Öz növbəsində Həcər İsgəndərli 3-cü ixtisas qrupuna hazırlaşdığını, qarşısına hüquqşünas olmağı məqsəd qoyduğunu bildirərək ölkə təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla