AZ

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Alimlər

Bakı, 20 aprel, AZƏRTAC

Britaniya və Çin alimləri yaşlı insanlarda əzələlərin hansı səbəbdən zəiflədiyinə aydınlıq gətiriblər. “Nature Aging” jurnalında dərc edilən araşdırma bəzi əzələ liflərini ətraflı tədqiq edib.

AZƏRTAC xəbər verir ki, Kembricdəki “Wellcome Sanger” İnstitutu və Çindəki “Sun Yat-sen” Universitetinin birgə tədqiqatı yaşlılarda əzələ sağlamlığını araşdırıb. Əldə olunan nəticələr onların həyat keyfiyyətini yaxşılaşdıracağına ümid yaradıb.

Əzələlərin zəifləməsi ayağa qalxmaq və yerimək kimi gündəlik işləri yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərir. Bəzi insanlarda bu problem yıxılmağa, hərəkətsizliyə və sarkopeniya adlanan vəziyyətə səbəb ola bilər. Tədqiqat zamanı 20-75 yaş arası 17 nəfərin əzələ nümunələri təhlil edilib. Alimlər nəticələri müqayisə edərək, insanlarda qocalmış əzələlərin hərtərəfli xəritəsini tərtib edə biliblər.

Araşdırmanın müəllifi doktor Teiçmən bildirb ki, xüsusən əzələlərin kök hüceyrələrində, sürətli və yavaş bükülən əzələ liflərində, sinir-əzələ birləşmələrində və yaşlandıqca bu toxumaya getdikcə daha çox təsir göstərən immun hüceyrələrdə əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Eyni zamanda, əzələ kök hüceyrələrində ribosomları idarə edərək zülal istehsalına cavabdeh olan genlərin daha az aktiv olduğu müəyyənləşib.

Şəxsi məşqçi Ceyms Vilkinson daha çox sürətli hərəkətlər etməyin yaşlı insanlar üçün vacib olduğunu söyləyib.

Seçilən
111
5
Mənbələr
Şərh ()
Bağla