AZ

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Ermənistanda

Bakı, 20 aprel, AZƏRTAC

Ermənistanın Sərdərabad rayonunun Mehrablı kəndinin sakinləri suvarma suyunun qiymətinin baha olmasına etiraz olaraq Marqara-Böyük Qarakilsə yolunu bağlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Etirazçılar bağlarını suvarma suyunun qiyməti çox baha olduğu üçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolu bağlayaraq Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb ediblər.

Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlar aparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrində deyillər.

Seçilən
101
4
Mənbələr
Şərh ()
Bağla