AZ

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Sosial

Bakı, 20 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk rübü ərzində 800 minədək müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial.az” portalından həmin dövrdə 900 min dəfə istifadə olunub.

Onu da qeyd edək ki, 50,9 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Həmçinin nazirliyin fəaliyyət sahələrinə dair 100 minədək e-arayış verilib, 23 min sosial sığorta nömrəsi e-qaydada açılıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 3 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 140 milyon olub.

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla