Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 31-cu turu çərçivəsində baş tutan “Altay”la oyunun iştirakçısı olub.
“Manisa” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Futbolçumuzun komandası 12-ci və 15-ci dəqiqələrdə vurulan qollar sayəsində səfərdən 3 xalla qayıdıb.
Taşkın bu oyuna start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 12 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.
31 turdan sonra “Manisa” 36 xalla 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.