AZ

İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib

Bakı. Trend:

İsveçin xarici işlər naziri Tobias BillströmAzərbaycan-Ermənistan delimitasiya komissiyasının aprelin 19-daəldə etdiyi razılaşmanı müsbət qiymətləndirib.

Trend xəbərverir ki, nazir bu barədə "X" platformasında paylaşım edib.

Bu razılaşmanın Azərbaycan, Ermənistan və bütünlükdə CənubiQafqaz regionu üçün çox müsbət xəbər olduğunu qeyd edən nazir bununregionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində mühümirəliləyişlə nəticələyini vurğulayıb.

"İsveç bu məqsədə tam sadiqdir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla