AZ

ABŞ dünyanın müxtəlif yerlərində elə bir raket gizlədib ki...

ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinin elektronikasını sıradan çıxara və yararsız hala sala bilən, lakin heç bir insan tələfatına səbəb olmayan raketləri gizli şəkildə yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

“Counter-Electronics High Power Microwave Advanced Missile Project (CHAMP - Elektronik yüksək güclü mikrodalğalı qabaqcıl raket layihəsi) kimi tanınan raketlər “Boinq”in “Phantom Works” şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası üçün hazırlanıb və ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilib. İddiaya görə, onlar dünyanın müxtəlif yerlərində quraşdırılıb və 2019-cu ildə istifadəyə verilib.

Qeyd olunur ki, sözügedən silahlar havadan buraxılan qanadlı raketlərə quraşdırılır və B-52 bombardmançıları ilə daşınır. 700 mil mənzili olan raketlər düşmənin hava məkanında lap aşağı hündürlükdə (radarların tuta bilməyəcəyi – red.) uça və yüksək güclü mikrodalğalı enerjinin (HPM) kəskin impulsları yaya bilir ki, bu da raketlərin hədəf aldığı hər hansı elektron cihazı sıradan çıxarır.

CHAMP-ın ikimərtəbəli binaların üzərindən uçması sınaqdan keçirilib.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla