AZ

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Bakı. Trend:

Ermənistanın Sərdarabad rayonunun Mehrablı kəndinin sakinlərisuvarma suyunun qiymətinin baha olmasına etiraz olaraqMarqara-Böyük Qarakilsə yolunu bağlayıblar.

Trend xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Etirazçılar bağlarını suvarma suyunun qiymətinin çox baha olduğuüçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolubağlayaraq, Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələbediblər.

Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlaraparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrindədeyillər.

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla