AZ

“Traktor” ardıcıl ikinci məğlubiyyətə üzüldü, bir pillə gerilədi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 24-cü tur çərçivəsində “Nassaji Mazandaran”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçın yekununda növbəti məğlubiyyətə üzülüblər – 0:1. Təbrizlilər 64-cü dəqiqədə penaltidən buraxdıqları qolun əvəzini çıxa bilməyiblər.

Bu mövsüm keçirdiyi 24 oyunda 12 qələbə qazanmış “Traktor” 4 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 40 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.

Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 1-də evdə lider “İstiqlal”a qarşı keçirəcək. Bundan öncə isə Cənubi Azərbaycan təmsilçisini İran Kubokunda “Zobahan”la 1/8 final qarşılaşması gözləyir. Bu oyun aprelin 26-da Təbrizdə baş tutacaq.

Seçilən
94
3
Mənbələr
Şərh ()
Bağla