AZ

Emil Balayev və Azər Salahlı “Zirə”yə qarşı oynamayacaqlar

“Neftçi”nin iki futbolçusu – Emil Balayev və Azər Salahlı Premyer Liqanın 31-ci turunda “Zirə”yə qarşı keçirəcəkləri oyunu buraxacaqlar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçı Emil Balayev əməliyyatdan sonra uzun müddətdir bərpa prosesi keçdiyi üçün hələ də hazır deyil. Müdafiəçi Azər Salahlı isə cəzalı duruma düşdüyü üçün komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, bu gün Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq “Zirə” – “Neftçİ” matçına saat 19:00-da start veriləcək.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla