AZ

“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”

Zərdüşt Əlizadə: “Bu, bizə beynəlxalq aləmdə də hörmət gətirəcək”

 

“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi qarşılıqlı hörmət əsasında həyata keçirilir və Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması da bu proses çərçivəsində reallaşıb”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, 4 kəndin Azərbaycana qaytarılması Paşinyan hakimiyyətini nəinki zəiflətməyəcək, əksinə, erməni ictimaiyyətində ona olan inamı artıracaq:

 

“Azərbaycanın 4 kəndinin azad edilməsi tarixi ədalətin bərpası ilə yanaşı, həm də Bakı və İrəvanın anlaşa bildiyinin göstəricisidir. Azərbaycanın 4 kəndi danışıqlar yolu ilə azad etməsi, bununla bağlı Ermənistanla əldə edilən razılıq beynəlxalq aləmdə də bizə hörmət gətirəcək, dəstəkənəcək.

 

Baş verənlərin Ermənistan daxilində Paşinyan rejiminə qarşı narazılığa səbəb olacağını düşünmürəm. Burada Ermənistan üçün heç bir təhqir, heç bir alçaldılma yoxdur. Əksinə, bu, erməni ictimaiyyətində Paşinyana olan inamı artıracaq. Baş verən bu hadisə göstərir ki, istənilən problemin ən yaxşı həlli yolu əql yolu, anlaşma yoludur”.

 

Seymur ƏLİYEV

 

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla