AZ

Qazaxın 4 kəndi ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad edildi - Polkovnik

Bakı. Trend:

Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni birnailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsibu böyük həqiqətin növbəti təsdiqidir.

Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovbildirib.

Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsiAzərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızınbərpası istiqamətində atılan mühüm tarixi addımdır:

“Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılıkəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azadedilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixiqələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətindəatılan mühüm addımlardan biridir.

Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğurbir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixitorpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulanhüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdəheyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixiqələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zamandediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısındanbelə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.

Onu da qeyd edim ki, bir neçə gün bundan öncə AzərbaycandakıRusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı iləMoskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevinsiyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı,Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin,səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübutetdi. Bu razılaşma bir daha sübut etdi ki, Azərbaycanla Rusiyaarasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkəarasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlaməlaqələr mövcuddur”.

Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geriqaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər birreallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalqgüclərin aktivliyi şəraitində əldə edilməsidir:

“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sırabeynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidəngərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirliaddımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bugün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezidentİlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə birortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azadetdi. O, bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibiAzərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycandövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğuhədəflərə nail olacaqdır.

Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrikedir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öztəşəkkürümü bildirirəm!”.

Seçilən
75
6
Mənbələr
Şərh ()
Bağla