AZ

Pomidor satan, konduktorluq edən qız necə millinin kapitanı oldu?

“Hər bir idmançı kimi həyatım çətinliklərdən ibarət olub. Qoyun qabağında dayanmaqdan tutmuş konduktorluğa qədər etmişəm. Anamla pomidor satmağa belə gedirdim. Bununla belə məşqlərimi də edirdim”.

Publika.az xəbər verir ki, bu sözləri futbol üzrə qadınlar ibarət milli komandanın kapitanı Sevinc Cəfərzadə deyib. “AStar” yutub kanalına müsahibə verən Cəfərzadə həyatı ilə yanaşı, karyerası və ölkəmizdə qadın futboluna olan münasibət ilə bağlı mühüm açıqlamalar da verib:

“Ətrafın reaksiyası psixoloji problemlər yaradır. Bu tək məndə deyil, bütün komanda yoldaşlarımda baş verib. Qız nədir, futbol nədir və ya get evdə yeməyini bişir kimi sözlər eşirdik. Düşünmürəm ki, biz pis iş görürük. Biz ölkəmizi təmsil edirik. Mən 7 il Rusiyada oynamışam, Almaniyaya qədər gedib çıxmışdım. İndi Səudiyyə Ərəbistanı klubunda oynayıram. Bu, mənim və ailəm üçün böyük fəxrdir. Ailələr var ki, uşaqların idmanla məşğul olmasını istəmirlər. Amma gələcəyi görsələr, icazə verərlər. Amma indi xoş sözlər eşidirik. Biz qazandığımız nəticələrlə fikirləri dəyişdirdik. İnsanların mənim qürur duymasını sevinirəm”.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla