AZ

Hakan Fidan: Yaxın Şərqlə bağlı humanitar addımlarımız nəticə verməsə, daha hansı addımları ata biləcəyimiz barədə düşünürük

Türkiyə Yaxın Şərqlə bağlı humanitar addımları nəticə verməsə, daha hansı addımları ata biləcəyi barədə düşünür.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli həmkarı Samih Şukri ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara bu məqsədlə öz müttəfiqləri ilə müzakirələr aparır: “Müxtəlif miqyaslarda bununla bağlı fikir mübadiləsi aparılır”.

Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrında başlayıb.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib. İsrail isə aprelin 18-də İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla