AZ

Premyer Liqa klubları türkiyəli futbolçunu istəyir

“Fənərbağça”nın yarımmüdafiəçisi İsmail Yüksek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, türk futbolçunun xidmətində 3 klub maraqlıdır. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Xəbərdə “Tottenhem”, “Nyukasl” və “Aston Villa”nın İsmaili transfer etmək istədiyi bildirilir. Adıçəkilən klublar yayda 25 yaşlı orta xətt oyunçusu üçün “Fənərbağça” ilə danışıqlar masasına əyləşəcək.

İstanbul təmsilçisi oyunçusunu 20 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, “Fənərbağça” İsmail Yükseki 2020-ci ilin yayında “Gölcükspor”dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsinin müddəti 2027-ci ilin yayınma kimidir.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla