AZ

ABŞ ordusunu bu ölkədən çıxarır

ABŞ Nigerdən qoşunlarını çıxarmağa razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentindəki rəsmi mənbə “CBS Nyus”a təsdiqləyib.

Qeyd edilib ki, Nigerdə 1000-ə yaxın Amerika əsgəri var. Aqadez şəhərində ABŞ-ın böyük aviabazası yerləşir və buradan müşahidə uçuşları və digər əməliyyatlar üçün istifadə olunur. ABŞ həmçinin 2013-cü ildə ölkədə əməliyyatlar başlayandan bəri Niger ordusunun təliminə yüz milyonlarla dollar xərcləyib.

Lakin Niger və Qərb ölkələri arasında münasibətlər keçən iyulda əsgərlərin ölkə prezidentinə qarşı üsyan etməsindən sonra pisləşib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla