AZ

Baydenin "adamyeyən" iddiasına CAVAB: "Biz göydən düşən adamları yemirik" - FOTO+VİDEO

Baydenin "adamyeyən" iddiasına CAVAB: "Biz göydən düşən adamları yemirik" - FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatına səfəri zamanı əmisini adamyeyənlərin yediyini deyib.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən iddia Papua Yeni Qvineyada təəccüb və narazılıqla qarşılanıb.

Papua Yeni Qvineya Universitetinin siyasi elmlər üzrə müəllimi Maykl Kabuni "Papua Yeni Qvineyanın da daxil olduğu Melaneziya xalqı çox qürurlu insanlardır" deyib.

Kabuni, Baydenin açıqlamalarının ölkədə "çox iyrənc" olduğuna diqqət çəkib. "The Guardian"da verilən xəbərə görə, həmin akademik çıxışına bu sözlərlə davam edib:

"Verdiyiniz açıqlamaları nəzərə alaraq, əminizin bizim tərəfimizdən bir "yemək"olaraq gördüyümüzü düşünməyiniz qəbuledilməzdir".

Kabuni deyib ki, keçmişdə bəzi icmalar tərəfindən müəyyən kontekstlərdə, məsələn, ölmüş bir qohumu "hörmətdən ötrü yemək və bədənin çürüməsinin qarşısını almaq" üçün haniballığın olduğunu qeyd edib.

"Həqiqət bu idi" deyən Kabuni "onlar göydən düşən ağ adamları yemirlər" deyərək cavab verib.

Baydenin

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla