AZ

Üç paraşütçü stratosferdən Şimal Qütbünə endi

Keçən həftə üç rusiyalı paraşütçü Yerin stratosferindən Şimal qütbünə paraşütlə tullanma üzrə dünya rekordu vurdular.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, macəraçılar Mixail Korniyenko, Aleksandr Linnik və Denis Yefremov 10500 metr heyrətamiz yüksəklikdə “İlyushin-76” təyyarəsindən tullanaraq bu misilsiz missiyanı yerinə yetiriblər. Təxminən iki yarım dəqiqəlik həyəcanverici sərbəst düşmədən sonra onlar paraşütlərini yerdən cəmi 1000 metr hündürlükdə açaraq, bu sensasiyalı eniş prosesini videoya çəkiblər.

Qızdırılmış maskalar taxmalarına baxmayaraq, hər üç macəraçı mənfi 50 dərəcə Selsi temperaturunda yanaqlarının bir qədər donmasına dözüblər. Belə ki, onlar Yerə saatda 300 kilometr çox sürətlə eniblər.

Paraşütçülərin səyahəti Rusiyanın Barneo qütb bazası yaxınlığında başa çatıb. Onlar burada dizel generatorlarından istifadə edərək serveri uğurla işə salıblar və peyklə əlaqə qurublar.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla