AZ

Azərbaycanla sərhəddən çıxarılırlar – Paşinyan bəyan etdi

Ermənistanın Azərbaycanla sərhədini öz sərhədçilərimiz qoruyacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan rəsmi Bakı və İrəvan arasında dünən imzalanmış sənədə istinadla deyib.

Baş nazir Tavuşda Rusiya hərbi bazaları və ya sərhədçilərinin olması məqamına da toxunub:

“Rusiya bazaları oradakı vəziyyətə görə bölgədə yerləşdirilmişdi. Hazırda baş verənlər situasiyada əhəmiyyətli dəyişiklikdir və bütün istiqamətlərdə öz təsirini göstərməlidir. Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir, bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-birləri ilə qarşılıqlı əlaqədə olmaqla sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

Nikol Paşinyan bununla Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddən çıxarılacağının anonsunu verib.

Ermənistan baş naziri qeyd edib ki, dünən qəbul edilmiş protokolda delimitasiya komissiyalarının birgə iş qaydalarını qəbul edəcəyi göstərilir:

“Həmin qaydalar daxili uyğunlaşdırma prosedurlarından keçəcək. İlkin araşdırmalarımız göstərdi ki, bunu Milli Məclisdə ratifikasiya etməliyik, ondan sonra delimitasiya prosesinin aparıldığı sektorları razılaşdırıb bir-bir delimitasiyaya getməliyik. Dünən əldə edilən razılaşma Ermənistanın 29.7 min kvadrat kilometr ərazisinin ilkin siyasi qeydi deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla