AZ

Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclərin yaratdığı möcüzə - Baykal Amur Magistralı (FOTO)

Bakı. Trend:

Trend öz dövrünün ən nəhənglogistika layihəsi olan Baykal Amur Magistralı barədə məqalənitəqdim edir:

Rusiyada Sibir və Uzaq Şərqi birləşdirən Baykal-AmurMagistralının (BAM) tikintisi birbaşa olaraq ümummilli lider HeydərƏliyevin adı ilə bağlıdır. Sibir və Uzaq Şərq regionlarının bütüntəbii sərvətlərindən istifadə olunmasına, zəruri ehtiyac duyulanərazilərə çatdırılmasına, ən əsası, həmin bölgədə həyatıncanlanmasına şərait yaradan, eləcə də, həm Sakit Okean regionu, həmdə Avropa ölkələri arasında ən qısa marşrut olan və ümumi uzunluğu4324 kilometr olan bu nəhəng layihənin reallaşdırılması birbaşaümummilli lider Heydər Əliyevin gərgin əməyinin, misilsizxidmətlərinin nəticəsidir.

Öz dövrü üçün bu layihə imkansız kimi görünürdü. Sibir və UzaqŞərq zonasının əlverişli olmayan sərt iqlimi, ərazilərin mürəkkəbgeoloji struktura malik olması bir sıra böyük çətinlikləryaradırdı.

Hələ magistral boyunca yeni şəhər və qəsəbələrin, yaşayışməntəqələrinin, dəmiryolu stansiyaların, habelə digərinfrastrukturun yaradılması da nəzərdə tutulurdu. Diqqətçəkən başqabir cəhət isə magistralın tikintisinə bütün ittifaqrespublikalarının cəlb olunması idi. Hər respublikanın bu nəhəngtikintidə üzərinə düşən vəzifə müəyyənləşdirilmişdi.

Azərbaycan Respublikasının payına magistralın 210-cukilometrliyində qəsəbə salınması düşmüşdü. Yaşayış məntəqəsi Ulkanadlandırılacaqdı. Deyilənə görə, qəsəbənin layihəsi azərbaycanlıarxitektorlar tərəfindən hazırlanmışdı. Gənc və enerjili, qurmaq,yaratmaq həvəsli minlərlə azərbaycanlı bu misilsiz təşəbbüsəqoşularaq Sibirə yollanmışdı.

Layihə o qədər əhəmiyyətli idi ki, hətta fərqlənən işçilər üçün"Baykal-Amur Magistralının tikintisinə görə" medalı da təsisedilmişdi.

Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev magistraltikintisində iştirak edən və ilk inşaat dəstəsinin bu ərazilərə1975-ci ilin əvvəllərində gələn azərbaycanlıların fəaliyyəti iləyaxından maraqlanırdı.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MKSiyasi Bürosunun üzvü təyin oldunduqdan sonra ulu öndər HeydərƏliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrəyaradılmış dövlət komissiyasının sədri oldu.

Şübhəsiz ki, işin gərginliyi gün kimi aydın idi. Bir çoxyerlərdə xətlər bataqlıqlardan, meşə massivlərindən keçməli idi.Yeraltı suların qazılan tunellərə axması inşaatçıları ciddiçətinliklərlə üz-üzə qoyurdu. Nəticədə, həmin problemlərin aradanqaldırılmaması həm vaxt itkisi yaradır, həm də işin həcminiartırırdı.

Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirməkməqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regiondaoldu, fəhlə və mütəxəssislərlə görüşdü, tikinti obyektlərinə baxışkeçirdi. İyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında HeydərƏliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsidinlənildi.

Əslində, bu səfəri BAM tikintisində dönüş nöqtəsi də hesab etməkolar. Həm də bu, Baykal-Amur Magistralının tikintisi müddətindəyüksək elita nümayəndəsi və Siyasi Büro səviyyəsində ilk rəhbərsəfəri idi. Həmin səfərdə Heydər Əliyevi müşayiət edən nazirlik vəaidiyyəti komitə nümayəndələri onun tikintidə işlərin keyfiyyətinənecə xüsusi diqqət yetirdiyini, sıravi adamlarla necə səmimisöhbətlər etdiyini, onların problemləri ilə necə maraqlandığınınşahidi idilər.

Bu qayğı ağır şəraitdə işləyən, min bir çətinliklərlə üzləşənfəhlələri daha da ruhlandırır, işin sürətini artırırdı. HeydərƏliyevin Siyasi Büro üzvü kimi təhlükəsizlik qaydalarına tam riayətetmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və heç vaxtbelə vəziyyətə düşməyən nümayəndələri də ardınca aparmasıgözlənilməz olmaqla yanaşı, həm də heyrətlə qarşılanmışdı.

SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrininmüavini işləmiş Nikolay Baybakov bu barədə sonralar deyirdi:

“Biz BAM-in tikintisinin gedişi barədə Siyasi Büroda bir neçədəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektindəolmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesabedirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütünopponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərinimüdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə,təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatınıninkişafına böyük töhfə verib”.

Ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ıntikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasınagörə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylıproblemlərə malik idi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisigeniş vüsət alanmagistralın 210-cu kilometrliyində azərbaycanlılartərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkanqəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərinnəzarəti altında həyata keçirilirdi.

Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi buərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsininyalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeniinsan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən vəuzunluğu 209 kilometr olan dəmiryol xəttinin çəkilişi vaxtından 2ay əvvəl başa çatdırıldı.

Əməkdar mühəndis, “Anqoya” layihəsinin baş mühəndisi vəkonstruktoru olmuş Təyyar Hüseynli xatirələrində deyirdi:

“Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi.“Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamıztərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci birstansiyanın – “Anqoya”nın da tikintisi bizim respublikaya həvaləolundu. “Ulkan”ın layihəsi tam şəkildə bizim institutda işlənsə də,“Anqoya”nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin“Sibqiprotrans” layihə institutunda işlənmiş və təsdiqedilmişdi.

Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanınyalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndərHeydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birincimüavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlikbirbaşa ona həvalə edilmişdi.

Azərbaycan KP MK-nın göstərişi ilə “Anqoya” stansiyasınınvağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassikmilli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməliidi. Bizə aydın idi ki, bu birbaşa dahi Azərbaycan oğlu HeydərƏliyevin tapşırığıdır”.

1984-cü ildə Baykal-Amur Magistralı, əsasən, istifadəyə verilsədə, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi.Azərbaycanlı inşaatçılar tərəfindən inşa olunmuş "Anqoya"stansiyasının 40 il bundan əvvəl istifadəyə verilməsi həminşaatçılar, həm də yerli sakinlər üçün əsl bayrama çevrildi.

2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibirdəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilətəntənəli mərasim keçirilib, burada Ulu Öndərin xatirə lövhəsiaçılıb.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Seçilən
97
20
Mənbələr
Şərh ()
Bağla