AZ

Böhran gözlənilir, bu, başlanğıcdır - Fidandan Qərbə xəbərdarlıq

"Qəzza böhranı həll olunmasa, belə böhranlar artmaqda davam edəcək. Başqa ölkələr  xəyallara qapılaraq düşünməsinlər ki, Yaxın Şərqdə baş verənlərin onlara heç bir təsiri olmayacaq. Onlar çox yanılırlar".

Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

O bildirib ki, burada baş verənlər qərbə, şərqə, şimala və cənuba da təsir edir.

"Bunlar yalnız başlanğıcdır. Belə böhranların yayılmasının qarşısını almaq istəyiriksə, həqiqətən də qollarımızı çırmalayıb lazımi addımları atmalıyıq. Biz təzyiqi artırmalıyıq. Bölgə ölkələri, İslam ölkələri, Afrika və Qərb ölkələri olaraq, hamımızın bir araya gəlib səsimizi ucaltmalıyıq. Bu, artıq məzlumlarla zalımlar arasında müharibəyə çevrilib", - Hakan Fidan qeyd edib.

Onu da bildirib ki, dünyanı ciddi böhran gözləyir: "Dünyanı gözləyən əsl böyük böhran Fələstin məsələsi ilə makiyajı soyulmuş, reallığı üzə çıxan beynəlxalq sistemin riyakarlığıdır".

Mürtəza
Ölkə.Az

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla