AZ

ABŞ-da ŞOK - Trampın məhkəməsi zamanı ÖZÜNÜ YANDIRDI

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin keçirildiyi Nyu-York məhkəməsinin qarşısında bir gün əvvəl özünü yandıran şəxs ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, yanğının heç bir şəkildə məhkəmə işi ilə bağlılığı yoxdur.

Belə ki, hadisə dünən, aprelin 19-da baş verib. Hadisə şahidlərinin sözlərinə görə, kişi bel çantasından broşürləri çıxararaq havaya atıb, sonra üzərinə maye tökərək yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Səhərə yaxın isə xəstəxanada ölüb.

Nyu York Polis Departamenti ölən şəxsin Florida ştatından olan Maks Azzarello olduğunu bildirib. Ölümündən əvvəl o, kriptovalyutanı və ABŞ siyasətçilərini tənqid edib.

Musavat.com

Seçilən
99
18
Mənbələr
Şərh ()
Bağla