AZ

Mahmud Qurbanov: “İnanmıram ki, bu, “Qarabağ”, “Neftçi” üçün maraqlı olsun” - VİDEO

“Mən futbol oynayan vaxtı o qədər komanda var idi ki, 2 qrupda mübarizə gedirdi. İllər keçdikcə say azaldı”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Mahmud Qurbanov deyib.

O bildirib ki, Azərbaycan çempionatında növbəti mövsüm klub sayının 12-dən çox olması inandırıcı görünmür: “12 də olsa yaxşıdır. Say 18-20-yə yüksələrsə, əlbəttə, lap yaxşı olar. Bunun tezliklə reallaşacağə inandırıcı deyil. Növbəti mövsüm 12 klub ola bilər. Bu, AFFA-nın qərarından aslı olacaq. Əsas liqaya gələcək klubların səviyyəsi, infrastrukturu, yaxşı futbolçuların olması da nəzərə alınmalıdır. Azərbaycan kubokunda isə 16 klub 4 qrupda oynasa, pis olmaz. Amma inanmıram ki, bu, “Qarabağ”, “Neftçi” üçün maraqlı olsun. Əsas I və II Liqanın klubları üçün yaxşı olar. Məncə, yaxşı variantdır və tətbiq etmək olar. Bəlkə gələn il heç 12 klub olmasın, 10 komanda ilə başladıq. Bəlkə də illər keçdikcə komandaların sayı çoxalacaq. Bu, həm futbolçuların inkişafı, rəqabətin olması və futbolumuzun imici üçün yaxşı haldır. Hansı bölgələrimizdə mümkündürsə, orda da komanda yaratmaq lazımdır”.

Emin Ağa
İdman.biz

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla