AZ

"Məşqçimə təşəkkürümü bildirirəm ki, mənə güvəndi" - Şahniyarov

“Qəbələ”nin uğursuz çıxışından doğan yeganə müsbət məqam varsa, bu da akademiyanın yetirmələrinin premyer-liqada forma şansı qazanmasıdı. Belə futbolçulardan biri də “Turan Tovuz”la ev görüşündə forma geyən Şahin Şahniyarovdu.

“Qırmızı-qaralar” məğlub olsalar da, oyunsonrası mətbuat konfransında onların baş məşqçisi Kaxaber Sxadadze gənc futbolçusu haqda tərif dolu sözlərini dilə gətirdi:
“Bu gün meydana çıxan gənc oyunçumuz Şahin sanki 20 ildi futbol oynayır. Onun yaxşı potensialı var”.


Təcrübəli gürcü mütəxəssisin rəğbətini qazanmış Şahinin bu komplimentə reaksiyası belə oldu:
“İlk növbədə məşqçimə təşəkkürümü bildirirəm ki, mənə güvəndi, şans verdi. Hər bir futbolçu üçün xoşdu ki, çalışdırıcısı tərəfindən xoş sözlər eşitsin. Əlbəttə, baş məşqçimin bildirdiyi xoş sözlər məni daha da motivasiyalı edir. Bundan sonra da çalışacam ki, məşqçimin göstərişlərini tam şəkildə yerinə yetirim və mənə verdiyi şansı yaxşı mənada dəyərləndirim”.


KAMAL SƏFƏR
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla