AZ

Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”

Azərbaycanın “Laçın dəhlizi”nə nəzarətinin bərpa olunmasından sonra Rusiya sülhməramlılarının Qarabağda qalması məntiqli olmazdı.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Kirill Averyanov “İzvestiya”ya deyib.

“Düşünürəm ki, sülhməramlıların çıxarılmasına baxmayaraq, Rusiya Cənubi Qafqazda vəziyyətin əsas moderatoru kimi qalacaq və çox güman ki, yaxın gələcəkdə Rusiya sülhməramlılarını yenidən həmin regionda (Cənubi Qafqaz) görəcəyik. Xüsusilə hamılıqla tanınmış Ermənistan-Azərbaycan sərhədi boyunca (erməni tərəfində - red.) yerləşdirilə bilər”, - ekspert bildirib.

Averyanov hesab edir ki, bunun baş verməsi üçün Ermənistan rəhbərliyi qərbyönümlü kursunu dəyişməli və real müdafiəçisinin Rusiya olduğunu qəbul etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla