AZ

ABŞ Senatı müşahidə qanununu təsdiqləyib

ABŞ Senatı əcnəbilərin ölkə hüdudlarından kənarda izlənilməsi haqqında qanunun müddətinin uzadılmasını təsdiqləyib

ABŞ Senatı ABŞ kəşfiyyat orqanlarına xarici vətəndaşların ölkə hüdudlarından kənarda elektron müşahidə aparmasına icazə verən federal qanunun 702-ci maddəsinin uzadılmasını təsdiqləyib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatında deyilir.

Qanunun bu hissəsinin müddəti aprelin 19-da başa çatıb. Senatdan əvvəl Nümayəndələr Palatası qanunun müddətinin iki il müddətinə uzadılmasını təsdiqləyib. İndi parlamentarilər tərəfindən bəyənilən sənəd ABŞ prezidenti Con Bayden tərəfindən imzalanmasını gözləyir. Qeyd olunur ki, qanunun məqsədi xüsusilə terror təhlükəsinin qarşısını almaqdır.

Havar Şəfiyev

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla